"Həyat yoldaşıma demişəm ki, biz orada yaşayacağıq"

"Həyat yoldaşıma demişəm ki, biz orada yaşayacağıq"
1742 dəfə oxunub
  • A-
  • A
  • A+

"11 ildir çatdıra bilmirdim. Sənətdə istədiyimi etmirdim. İndi sənətə ciddi qayıdacağam".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "7 tamam" proqramında deyib. O bildirib ki, ailə qurandan sonra sənətdə istədiyini edə bilməyib.

"İndi həyat yoldaşımdan daha çox dəstək tələb edirəm. Ona görə də, fəaliyyətim daha gözəl olacaq" deyə, Xuraman əlavə edib.

Şuşadakı evlərindən danışan ifaçı ora köçmək arzusundan söz açıb:

"Orada iki həyət evimiz var idi. İndi orada hərbiçi qardaşlar oturur. Düşünürəm ki, bizə orada başqa ev verəcəklər. Çox istəyirəm Şuşaya köçmək. Baxmayaraq ki, həyat yoldaşım şuşalı deyil, ona demişəm, orada yaşayacağıq. Çünki mən orada xoşbəxtəm".