Natiq Şirinov qızına toy edir

Natiq Şirinov qızına toy edir
8759 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Natiq Şirinovun evində toy olacaq. 

Axşam.az xəbər verir ki, sənətçinin qızı Sevil ailə qurur. Nağara ifaçısının övladı Semih adlı şəxslə nikah masasına oturacaq. 

Bu barədə aparıcı Nanə Ağamalıyeva "7 Tamam" verilişində bildirib.

Ötən ilin noyabrında nişanlanan cütlüyün toy məclisi aprelin 11-də şəhər restoranlarından birində keçiriləcək. 

Qeyd edək ki, Natiq Şirinovun musiqiçi oğlu Ümid Natiqoğlu Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə evlidir. Fatimə Xalq artisti Alim Qasımovun nəvəsidir.