İyunun 4-də Heydər Əliyev Sarayında şair-bəstəkar Xanım İsmayılqızının “Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsi keçiriləcək.
Axşam.az xəbər verir ki, yaradıcılıq gecəsinin anonsu yayılıb.
Konsertdə Xalq artistləri Mələkxanım Eyubova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Röya Ayxan, Əməkdar artistlər Mətanət İsgəndərli və başqaları iştirak edəcəklər. Əməkdar artistlər Fərqanə Qasımova, Abbas Bağırov, müğənnilər Dilarə Kazımova, Elnur Hüseynov və Pərviz Abdullayev ilk dəfə Xanım İsmayılqızının bəstələrini oxuyacaqlar. Onları səhnədə Nərgiz Əliyevanın rəhbərlik etdiyi Royal Strinq Orkestrı və drijor Mustafa Aşurov müşayiət edəcək.
Konsertin rejissoru Nail Naiboğlu, informasiya dəstəyi isə Axşam.az saytıdır.