Masazır qəsəbəsində ilk “Kontakt” həyəcanı - Mayın 19-dək meqa endirimlər

Masazır qəsəbəsində ilk “Kontakt” həyəcanı - Mayın 19-dək meqa endirimlər
572 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu məqalədə Masazır qəsəbəsinin sakinlərini sevindirən xəbər var: Artıq eviniz üçün axtardığınız hər şeyi qəsəbənin düz mərkəzində açılan “Kontakt”dan ala bilərsiniz!

Şəbəkənin qəsəbədə ilk mağazasının açılışı canlı musiqi və əyləncəli şou-proqram ilə yadda qalan olub. Üstəlik, açılışa gələn ziyarətçilər bir-birindən maraqlı müsabiqələrdə iştirak edərək müxtəlif hədiyyələr qazanıb.

ŞƏXSİ VƏ MƏİŞƏT EHTİYACLARINIZ BİR MAĞAZADA…

Masazır mağazasının istifadə imkanları və məhsul kateqoriyaları da mütləq qeyd olunmalı məqamdır. Bəhs edilən mağaza 800 m2 -dən çox xidmət sahəsinə malik olub, 2 mərtəbədə alıcılarına rəqəmsal, böyük və kiçik məişət, mebel, qab-qacaq və digər elektronika əşyalarının ən zəngin çeşidini təqdim edir. Bu isə o deməkdir ki, artıq nəinki Masazır camaatı, ətraf qəsəbədə yaşayanlar da axtardıqlarını “Kontakt”ın bu ünvanından rahatlıqla tapa biləcəklər.

İndi isə, hər kəsin əsas maraqlandığı məqamlara toxunaq: ENDİRİMLƏR

Mağazanın fəaliyyətə başlaması münasibətilə nağd alışda 60%-dək meqa endirimlər istisnasız hər növ məhsul kateqoriyasını əhatə edir.

Ən qaçırılmaz fürsət isə, 60%-dək endirimli məhsulların məhz elə endirimli qiymətini yerindəcə düz 6 aya bölərək hissəli ödəmə şansının olmasıdır.

Hissəli alışa olan güzəştlər isə yalnız 6 ay ilə məhdudlaşmır. Çünki “Kontakt” müştərilərinə istənilən smartfon, notbuk, smart saat, qulaqlıq, televizor, məişət texnikası və qab-qacaqları 18 ay; mebelleri isə 24 ay ilkin ödənişsiz, faizsiz, hələ üstəlik, tam komissiyasız şərtlərlə əldə etmək şansı yaradıb.

Qeyd edək ki, bütün sərfəli imkanlar hal-hazırda da keçərlidir və sadəcə mayın 19-dək davam edəcək.

Bu açılış kampaniyası çərçivəsində:

· 36 saatadək işləmə müddəti olan Blackview simsiz qulaqlığını indi 50 yox, sadəcə 20 manata;

· 2000 Vt gücü olan Philips ütüsü 100 yox, 60% endirimlə 40 manata;

· 128 Gb yaddaşlı, super Amoled displeyli Samsung A24 smartfonu xüsusi təkliflə ayda 24 manata;

· 20-30 m2 sahəni əhatə edən Hoffmann kondisioneri xüsusi təkliflə ayda 29 manata;

· Baza və yataq mexanizmli Sədəf divanını isə aylıq sadəcə 24 manata almaq sizi xeyli qabağa salacaq.

Bu təklifləri görmədən inanmaq çətindir. Ona görə də, bütün bu həqiqi endirimlər ilə daha yaxından tanış olmaq üçün vaxt itirmədən “Kontakt”ın Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 145 ünvanında yerləşən yeni mağazasına gəlin, görün, alın!