Aygün Kazımova "Xarıbülbül"ün bağlanışında aşıq mahnısı oxudu

Aygün Kazımova "Xarıbülbül"ün bağlanışında aşıq mahnısı oxudu
3357 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına mayın 13-də Laçın şəhərində yekun vurulub.

Axşam.az xəbər verir ki, bağlanış mərasimində Xalq artisti Aygün Kazımova da səhnəyə çıxıb.

Ölkənin əsas ulduzu festival üçün xüsusi olaraq "Turan marşı" mahnısını ifa edib. Pop kraliça mahnını aşıq Roman Azaflı ilə birlikdə hazırlayıb. 

Kazımova tədbir üçün qırmızı geyim seçib. 

Qeyd edək ki, "Turan marşı"nın müəllifi Roman Azaflıdır.