Coni Rusiyada daha bir mükafat aldı - Fotolar

Coni Rusiyada daha bir mükafat aldı - Fotolar
506 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) daha bir mükafata layiq görülüb.

Axşam.az xəbər verir ki, ifaçıya "Jara Music Awards" mükafatı təqdim olunub. Coninin sözlərinə görə, bu nominasiyada mükafat alacağını gözləməyib:

"Bu, mənim üçün çox önəmli mükafatdır. Hər kəsə ürəkdən təşəkkür edirəm".

Qeyd edək ki, mükafat 2018-ci ildən "Jara" telekanalı tərəfindən verilən Rusiya musiqi mükafatıdır. Qaliblər açıq səsvermə yolu ilə seçilir.

2018-ci ildən 2023-cü ilə qədər mərasim hər il “Crocus City Hall” ticarət mərkəzində keçirilirdi. 2024-cü ildə məkanda baş verən terror hadisəsi səbəbindən başqa bir yerdə təşkil olunub.