Bir neçə gün əvvəl Bakıya gələn türkiyəli müğənni İbrahim Tatlısəs yayılan fotolarından narazı qalıb.
Axşam.az xəbər verir ki, sənətçi əlil arabasında fotolarının yayılmasına etiraz edib.
"Xəzər axşamı"na müsahibə verən Tatlısəs "Bundan utanmıram. Çünki Allahdan gələn heç bir şeyə görə utanmaram. Amma yazılanlar..." deyə, bildirib.
İfaçı sosial şəbəkədə ünvanına xoşagəlməz sözlər yazıldığını vurğulayıb.