Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına mayın 13-də Laçın şəhərində yekun vurulub.
Axşam.az-ın məlumatına görə, Xalq artisti Gülyaz Məmmədova səhnəyə oğlu Ramazan Şərifzadə ilə birlikdə çıxıb.
Festival zamanı qonaqlara “Sələflər və xələflər” layihəsi təqdim olunub. G.Məmmədova övladı ilə birlikdə "Səadət" mahnısını oxuyublar.