"Həmin müğənnilərin toya gəlməsi bizə ziyandır"

"Həmin müğənnilərin toya gəlməsi bizə ziyandır"
2619 dəfə oxunub
  • A-
  • A
  • A+

"Toy bütün adətlərimizin tacıdır. Uşaqlıqdan toyda püxtələşmişik. Toy aparmağın özü böyük məsuliyyətdir. Toyun əvvəlini nə qədər konsert tipində etsək də, sonradan toy ab-havası olmaldır".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyev "İncə səhər" verilişində deyib. Müğənni bildirib ki, bütov toy aparanda başqa ifaçının məclisə gəlməsini sevmir:

"Yarımsaatlıq müğənninin gəlməsi bütöv toy aparan ifaçıya xoş deyil. Bizə ziyan olur. Düşünürəm ki, toyda 3 yox, 2 yarımsaatlıq ifaçı gəlsə bəsdir. Bu, şan-şöhrətdən və bəylə gəlinin istəyindən irəli gəlir. Müğənni çox olanda oynayanların da ürəyi qırılır".