Əbdül Xalid ailəsi ilə ağır qəzaya düşüb

Əbdül Xalid ailəsi ilə ağır qəzaya düşüb
3096 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Əbdül Xalid yenidən avtomobil qəzasına düşüb.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı "Xəbərin var?" verilişində danışıb. O, hadisə zamanı ailəsi ilə birlikdə taksidə olduğunu bildirib:

"Bu yaxınlarda həyat yoldaşım və uşaqlarımla birlikdə taksidə gedirdik. Bir maşın bizim avtomobilimizə necə dəydisə, onu aşırdı. Hamımız içində idik. Hadisə 1 həftə əvvəl olub. Bizi oradan insanlar çıxardı. Sürücünün vəziyyəti ağır idi, çox xəsarət almışdı. Şok bir vəziyyət idi. Onu təcili yardımla apardılar. Xəstəxanadan mənə də zəng edib maraqlanmışdı. Günah qarşı tərəfdə idi. Avtomobilin ön paneli sinəmin qabağına qədər çatmışdı. Yoldaşımın da qolu bir az zədələnmişdi. Şükür olsun ki, uşaqlara heç nə olmadı. Onlar çox qorxmuşdular. 

İnsanlara təşəkkür edirəm. Maşınlardan, avtobuslardan düşüb bizə yardım etdilər".

Qeyd edək ki, müğənni ötən ay da avtomobil qəzasına düşmüşdü. Hadisə zamanı onun avtomobili yararsız hala düşmüşdü.