Əməkdar artist Kübra Əliyevanın səhhətində problem yaranıb.
Axşam.az xəbər verir ki, aktrisa restoranda olarkən yıxılıb və qolu zədələnib. Bu haqda aparıcı Elgiz Əkbər verilişində deyib:
"Gülə-gülə getdik restorana, ağlaya-ağlaya gəldik. Başımıza daş düşəydi, kaş getməzdik".
Proqrama zəng vuran K.Əliyeva "Əvvəldən qolumda qırıq var idi. İndi o yerindən tərpənib. Amma hər şey yaxşıdır" deyə, bildirib.