Hüseyn Həsənovu məhkəməyə verdilər

Hüseyn Həsənovu məhkəməyə verdilər
507 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov məhkəməlik olub.

Axşam.az xəbər verir ki, buna səbəb onun açdığı suşi restoranıdır. Belə ki, o, sifarişlərin çatdırılması üçün kuryer şirkətinə ödəməli olduğu məbləği verməyib. Nəticədə "Delivery 24 MMC" onun şirkəti "Banda Foods MMC"yə qarşı iddia qaldırıb. Şirkət müqavilə üzrə xidmətlərə görə 645 min rubl (təxminən 12 min manat) tələb edir.

2023-cü ilin aprelində Həsənov Moskvada suşi məkanı açıb. Ancaq onun biznesi uğursuz olub. 

Qeyd edək ki, Hüseynin bundan əvvəl 153 milyon rubldan (təxminən 2 839 659 manat) çox vergi borcu olduğu açıqlanmışdı. O, daha sonra əsas məbləği ödədiyini qeyd edib.