"Həmin rəqqasələr pula görə özlərini alçaldırlar"

"Həmin rəqqasələr pula görə özlərini alçaldırlar"
859 dəfə oxunub
  • A-
  • A
  • A+

"Məni sənətim yaşadır. Paxıllıq nədir bilmirəm. Tələbəm, rəfiqəm yaxşı oynayanda sevinirəm".

Axşam.az xəbər verir ki, bu sözləri 95 yaşlı Xalq artisti Roza Cəlilova "Xəbərin olsun" verilişində deyib. Rəqqasə rəqs sənətindən danışıb:

"O qədər sənətimə qiymət verirdim ki, istəmirdim insanlar səhnədən sonra həyatda məni görsünlər. Deyirdim ki, elə bilsinlər nağılam. Yoldaşım deyir ki, niyə getmirsən? Cavab verirdim ki, zalda qalan 2 nəfər də getsin, sonra. Xalq məni ona görə sevdi ki, məni küçədə, toyda görmədi. İcazə vermirəm səhnəyə çıxan toya getsin.

Qızımın toyu oldu, orada rəqs etmədim. Toya gedən qız sənətkar deyil. O, pul naminə özünü alçaldır. Bizim musiqimiz, rəqsimiz, nənələrdən qalan geyimlər sənət üçündür. Toyun başqa rəqqasəsi var, oynasınlar. Amma səhnə səhnədir".