Xalq artisti Emin Ağalarov Dərbənddə xeyriyyə konsertində səhnəyə çıxıb.
Axşam.az xəbər verir ki, müğənni 7 min insan qarşısında mahnılarını oxuyub. Bu haqda sənətçi özü məlumat yayıb.
"Dərbənd bizim qəlbimizdə əbədidir! 7000-dən çox insan, belə səmimi qəbul üçün çox sağ olun. Səhnəni tərk etmək istəmirdik, doğrudan da. Bütün təşkilatçılara təşəkkür edirəm. Konsertdən əldə olunan gəlir “İnsan”, “Həyat hədiyyəsi” və Müslüm Maqomayev adına Mədəni-Musiqi İrs Fonduna köçürüləcək" deyə, Ağalarov əlavə edib.