Faktiki hava belədir

Faktiki hava belədir
563 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün saat 15:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, Culfa, Ordubad, Zaqatala, Şəki, Yardımlı, Lənkəran, Lerik, Göygöldə yağış yağıb.

Lerik, Qrız, Daşkəsən, Göygöldə duman müşahidə olunub.

Mayın 21-də saat 15:04 radələrində Zaqatala rayonuna xırda dənəli dolu düşüb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 16-21, Aran rayonlarında 21-24, dağlıq rayonlarda 8-12 dərəcə isti olub.