Şəbnəmi bu geyiminə görə peşman etdilər - Video

Şəbnəmi bu geyiminə görə peşman etdilər - Video
3869 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Şəbnəm Tovuzlu bir neçə gün əvvəl Naxçıvanda verdiyi konsertində geyindiyi dar tulumuna görə tənqid atəşinə tutulub.

Axşam.az xəbər verir ki, sənətçi gecədə iki dəfə geyim dəyişib. Hər ikisində isə o, qara dar tulumdan istifadə edib. Bu isə tamaşaçılar, sosial şəbəkə izləyiciləri tərəfindən tənqid edilib. Geyimin ifaçının bədən quruluşuna uyğun olmadığı, ona yaraşmadığı yazılıb. 

İfaçı "Rəngarəng səhər" verilişində geyimindən danışıb. O bildirib ki, paltarı özü də bəyənməyib:

"Heç sevmədiyim şeylər oldu. İstəməzdim onu geyinim. Tulumu məcburiyyətdən geyindim, çox da peşmanam. Özümə kənardan baxdım, realda gözəl qalır, o qədər vulqar görünmürdü. Evə gələndə isə nə qədər dar tulumlarım, taytlarım, koftalarım var idisə, topladım. Evdəki xanıma verdim ki, istəsəniz kiməsə verin, ya da yandırın. Artıq elə geyim geyinməyəcəyəm. Məni necə xanım-xatun geimdə görmüsünüzsə, indi də elə olacaq".