Teymur Əmrah müəllimlik fəaliyyətini sonlandırıb

Teymur Əmrah müəllimlik fəaliyyətini sonlandırıb
2232 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Teymur Əmrah müəllimlik fəaliyyətini sonlandırıb.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi "7 tamam" verilişində aparıcı Nanə Ağamalıyevanın "Yənə də tələbələriniz varmı" sualına cavab verərkən danışıb:

"Mən müəllimlik fəaliyyətinə son demişəm. Ona görə ki, Azərbaycanın mədəniyyət sahəsinə aid olan ali məktəblərin diplomları şadlıq evinə işləyir. Ona görə də mən istəmirəm ki, gələcəkdə ensiklopediyada yazsınlar ki, bu müəllimlər toyxanaya kadr hazırlayıblar. Beş tələbəm Əməkdar artist, bir tələbəm Xalq artistidir. İki tələbəmi Ulu Öndər Heydər Əliyev qızıl kitaba salıb. Prezident mükafatçılarıdırlar. Bura qədər bəsdir".