“Kontakt”ın “Axşam Bazarı”nda 60%-dək endirimlər olacaq: Yalnız 1 gün

“Kontakt”ın “Axşam Bazarı”nda 60%-dək endirimlər olacaq: Yalnız 1 gün
414 dəfə oxunub
  • A-
  • A
  • A+

“Kontakt” mağazalarında bir axşam olur ki, bütün qiymətlər kökündən dəyişir. Şəbəkənin çoxdandır gözlənən bu meqaendirimli “Axşam Bazarı” kampaniyası mayın 31-i düz 10 mağazada təşkil olunacaq. 

Axşam saat 21:00-dan gecə 00:00-dək “Kontakt”ın:

-    “İnşaatçılar metrosu”;
-    “Ukrayna dairəsi”;
-    “Azadlıq metrosu”;
-    “Sumqayıt 10-cu mkr”; 
-    “Gəncə Grand Qafqaz” mağazalarında, 

Saat 19:00-dan 22:00-dək isə “Quba”, “Mingəçevir”, “Lənkəran”, “Göyçay”, “Şəmkir” mağazalarında çoxdan almağı planladığınız məhsullar nağd alışda 60%-dək endirimləri ilə gecənin qaranlığında sizə gəl-gəl deyəcək. 

Bu 3 saat ərzində, sadəcə qiymətlər deyil, alış-verişin özü də fərqli olacaq. Çünki burada ən sevdiyiniz məhsulları alarkən endirimli qiyməti düz 6 aya bölərək hissə-hissə ödəmə imkanı da sizə verilir.

Həmin axşam oyaq qalanlar: 

•    Baza və yataq mexanizmli Senta divanını indi 500 yox, 230 manata; 
•    20-30 m2 sahəni əhatə edən Hoffmann kondisionerini 640 yox, sadəcə 460 manata; 
•    140 sm diaqonallı, 4K görüntülü və smart texnologiyalı Hisense televizorunu 1560 deyil, cəmi 900 manata;
•    256 Gb yaddaşlı, 2 sim kartlı, super Amoled displeyli Samsung Galaxy A25 smartfonunu 700 yox, 500 manata 
•    6 kq tutumu olan Samsung paltaryuyanını isə ödənişsiz çatdırılma və quraşdırılma ilə 1000 yox, 650 manata almaqla, həm özlərini, həm də ciblərini sevindirəcək. 

O axşam hələ yüzlərlə belə endirimlər və xüsusi təkliflərlə dolu olacaq. Odur ki, arzular siyahınızı hazırlayın, saatınızı qurun və mayın 31-i “Axşam Bazarı”nda yerinizi alın. 

Sizə yaxın olan ünvanı buradan tapa bilərsiniz.