Xalq artisti Afaq Bəşirqızı həmkarı Fatma Mahmudova ilə küsülülüyünün səbəbini açıqlayıb.
Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, küsülülüklərinin səbəbi tamaşa olub:
"Fatma Mahmudova məni həddən artıq çox istəyir. Mən də onun xətrini çox istəyirəm. İnciməyinin səbəbini soruşanda dedi ki, sonuncu tamaşada sənin qızını oynamadım. Dedim ki, tamaşada bir qızımın 27, digərinin 19 yaşı var. Yanımda olmaq istəyirdi. Həqiqətən də bizim səhnədəki tandemimiz çox gözəl alınır. Fatma çox ağır həyat keçirib. O, heç bir doğmasından, həyat yoldaşından yarımayıb.
Elə bir mükafat olub ki, onu məndən əvvəl alıb. Gəlib mənə deyib ki, sən məni səhnəyə çıxarıb, yeriməyi öyrətmisən. Amma bu mükafatı səndən əvvəl almışam. Nə vaxt yenidən səhnədə addımımı bərk atacağamsa, onda Fatma yanımda olacaq".
A.Bəşirqızı barışıq addımı atmasından da danışıb:
"Həyatda belə şeylər olur. Ana da baladan, bala da anadan inciyir. Müəyyən nüanslar xoşuma gəlmədi. Sonra da mənim xəstəliklərim oldu. Başım bu xəstəliklərimə qarışdı. Fatma isə elə başa düşdü ki, diqqətdən kənarda qaldı. Fatmanın verilişdəki sözləri məni əsəbiləşdirdi, amma qızları İntizarla Nigarın ifaları, haqqımda olan xoş çıxışları məlhəm oldu. Ona görə də efirə zəng etdim".