"İlhamə Quliyevanın bacıları o evi Orxana verəydilər"

"İlhamə Quliyevanın bacıları o evi Orxana verəydilər"
1563 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun doğma anası Lalə oğlunun itkin düşdüyünü iddia edib.

Axşam.az xəbər verir ki, "Səni axtarıram" verilişinə gələn Lalə ötən ilin sentyabrından Orxanla heç bir əlaqə qura bilmədiyini deyib.

Aparıcı Xoşqədəm Hidayətqızı Orxanla bağlı danışarkən bunları deyib:

"Həyatda ölən, yıxılan, vəzifəsini itirən, zamanında hökmranlıq edib, sonradan sınan insanlar haqqında danışmağı özümə sığışdırmadım. Yıxılan vaxtı hamı danışa bilər. Əsas odur ki, güclü vaxtı danışıb, sözünü deyə bilirsən, ya yox. Orxanın bu halına görə, İlhamə xanıma münasibətim...

Analıq mövzusuna toxunmayın. Lalə xanım həyatda ən böyük səhvini edib, onun da cəzasını indi çəkir. O həyatı qurmağı İlhamə xanım ona öyrətdi. Anasının yanında pis-yaxşı yaşayacaqdı. Mənim ixtiyarım yoxdur kiminsə evində baş verənləri müzakirə etməyə, fikir bildirməyə. Amma çox istəyərdim ki, vaxtında İlhamə xanımın bacıları Orxanın istədiyi o evi, orada keçirdiyi illərə xatir ona verəydilər. Deyəydilər ki, onsuz da bizim yox idi,  bu İlhamə xanıma məxsus idi, əziyyət çəkməmişik, qazanmamışıq. İlhamə xanım ölməsə, bizim olmayacaqdı. Nə olar ki, rəsmi olmayanda? Orxanın istədiyini verək, həyatı dağılmasın. Orxan o evdən çıxan gündən...

Şou-biznesdə olmadığıma görə, bunları bilmirəm. Amma Sərxan çox şeyi danışdı. Sonra Tükəzban xanımın yaşadığı evin yanından ev veriblər, Orxan götürməyib. Kaş o uşağın həyatının məhv olmamağı üçün İlhamə xanımın bacıları ona azca da dəstək olardılar".