Hava ilə bağlı - Xəbərdarlıq

Hava ilə bağlı - Xəbərdarlıq
4929 dəfə oxunub
  • A-
  • A
  • A+

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, iyunun 1-i gündüzdən 2-si günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Mayın 31-i gündüzdən iyunun 1-i axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 2-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

İyunun 1-i səhərdən 2-si gündüzədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.