Hava ilə bağlı - Xəbərdarlıq

Hava ilə bağlı - Xəbərdarlıq
7630 dəfə oxunub
  • A-
  • A
  • A+

Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, iyunun 13-14-də Bakıda və Abşeron yarımadasında gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Qeyd olunub ki, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

İyunun 13-ü gündüzdən 14-ü axşamadək Azərbaycanın bəzi rayonlarında fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Əsasən dağlıq və dağətəyi rayonlarda (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.