45 üçəm doğulub

45 üçəm doğulub
586 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu ilin yanvar-aprel aylarında 33575 doğulan körpə qeydə alınıb.

Bu barədə Axşam.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,0-a düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,9 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,1 faiz olub. Körpələrdən 1104-ü əkiz, 45-i isə üçəm doğulub.