Namiq ayrıldıqdan 16 il sonra boşandı

Namiq ayrıldıqdan 16 il sonra boşandı
5139 dəfə oxunub
  • A-
  • A
  • A+

Aşıq Namiq Fərhadoğlu həyat yoldaşı ilə 16 il davam edən ayrılıqdan sonra evliliyini sonlandırıb.

Axşam.az xəbər verir ki, bu barədə Namiq "Həmin Zaur" verilişində danışıb.

O, iki ay əvvəl rəsmi olaraq boşandığını bildirib. Prosesin uzanmasına səbəb isə meydana çıxan bəzi səbəblər olub.

Namiq keçmiş həyat yoldaşı ilə barışmayacağını vurğulayıb.

Qeyd edək ki, 22 yaşında ailə quran Namiq iki il sonra həyat yoldaşından ayrılıb.