Tolik "Azərsu"dan şikayətçidir - Video

Tolik "Azərsu"dan şikayətçidir - Video
3304 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) "Azərsu" ASC-dən şikayətçidir.

Axşam.az xəbər verir ki, bu barədə o, sosial medi hesabında paylaşım edib.

"Bu, bizim şəhərin mərkəzində yerləşən binamızın qarajıdır. Gördüyünüz kimi buranı su basıb. Demək olar su yerdən 1 santimetr yuxarı qalxıb. Evə getməyə əziyyət çəkirik. Bildiyim qədəri ilə  "Azərsu" ASC gəlib bunu düzəltməlidir. İndi siz istirahət edəcəksiniz deyə, amma bu təcili bir vəziyyətdir. Biz gözləyək sizin istirahətiniz bitsin, binanın altını su bassın, qonşular evə bu palçıqla getsinlər. Onda Təcili Tibbi Yardım da işləməsin. Bu da təcilidir. Gəlin, problemimizi həll edin. Bütün qarajı su basıb. Özlərinin günahı olduğu halda 2 gündür gəlib düzəltmirlər ki, bayramdır .Camaat nə etsin?" deyə, Tolik vurğulayıb.