“Çox risklidir, dəyişə bilmərəm”

“Çox risklidir, dəyişə bilmərəm”
4048 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova plastik əməliyyatlardan danışıb. 

Axşam.az xəbər verir ki, bu haqda Pop kraliça qonaq olduğu “Zaurla Günaydın” verilişində söz açıb.

A.Kazımova bildirib ki, keçirdiyi əməliyyatlar onun üçün özəl seçilir:

“Plastik və estetik əməliyyat keçirib və dəyişməmək bu çox önəmlidir. Seçdiyin həkim də işinin peşəkarı olmalıdır. Düşünürəm ki, estetik əməliyyat da individual olmalıdır. Yəni əməliyyat hər üzə, formaya uyğun olmalıdır. Əməliyyat mövzusuna individual yanaşmaq lazımdır. Həkimlər də özümə uyğun məni əməliyyat ediblər. Tamamilə filan yerimi dəyişim çünki o dəbdədir və belə olmalıdır kimi şeylərdən qaçıram. Risk var, o əməliyyat mənə yaraşmaya bilər və mən səhnədə olan insanam, dəyişə bilmərəm bu isə mənə olmaz”.