"Bilmirəm, "Azərsu" hara baxır?" - Xatirə

"Bilmirəm, "Azərsu" hara baxır?" - Xatirə
1743 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatirə İslam da "Azərsu" ASC-dən şikayətçidir.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında paylaşım edib. O, Mərdəkanda şirin suyu və kanalizasiya sisteminin olmamamsından gileylənib:

"Mərdəkan kimi bir yerdə biz suyu maşımla gətirdirik ki, çəni dolduraq. Bilmirəm "Azərsu" hara baxır? İndi onu axtarıb-tapmaq lazımdır ki, hara baxır, suyu hara verir. Yəqin ki, müəyyən yerlərə verir. Həftədə iki dəfə belə maşın gəlir. Novxanını bəyənmirsiniz. Mərdəkanda su, kanalizasiya yoxdur". 

Qeyd edək ki, ötən gün aparıcı-prodüser Tarix Əliyev (Tolik) də sözügedən qrumla bağlı iradlarını bildirmişdi.