Xalq artisti Röya Ayxan mərhum bəstəkarlar Nailə və Hikmət Mirməmmədlinin nəvəsi ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, müğənni bəstəkarın öz adını qoyduğu nəvəsi Nailənin Azərbaycan Milli Konservatoriyasında konsert verdiyini deyib:
"Balaca Nailə Mirməmmədli konservatoriyada konsert verib. "Affeto" konsert proqramında müvəffəqiyələ çıxışına görə təşəkkürnamə alıb, 100 bal toplayıb".