Bloger Aysel Şükür üçüncü dəfə ərə gedir.
Axşam.az xəbər verir ki, bu haqda o, özü məlumat yayıb. Türkiyənin Kappadokiya bölgəsində istirahətdə olan blogerə sevgilisi sürpriz edib.
Hava şarına minən Aysel orada evlilik təklifi alıb. Görüntüləri yayımlayan A.Şükür "Mən "hə" dedim. Ömür-gün yoldaşımla dostlarımız birləşib mənə sürpriz hazırlayıblar" sözlərini yazıb.
Qeyd edək ki, Aysel ilk həyat yoldaşından qalmaqallı şəkildə ayrılıb. O, daha sonra bloger Oqtay Əhmədovla ailə qurub. Ayselin ilk nikahdan bir, ikinci evliliyindən isə iki oğul övladı var.