Aparıcı Hüsniyyə Məhərrəmova Amerikaya uçarkən təyyarədə yaşadıqları instaqram hesabında bölüşüb.
Axşam.az xəbər verir ki, o, təyyarənin İstanbulda təhlükəli eniş etdiyini bildirib:
"İstanbulda təyyarə enə bilmirdi, çünki təkərləri açılmırdı. Enirdi asfalta çatanda yenidən göyə qalxırdı. Axırda üç-dörd cəhddən sonra birtəhər endi. Pilot da utanmaz-utanmaz deyir ki, hava şəraitinin pis olması səbəbi ilə bir az göydə fırlanacayıq, üzürlü sayın".
Qeyd edək ki, Hüsniyyə uzun müddətdir ABŞ-yə köçüb. Bir neçə gün əvvəl o, Bakıya gəlib və yenidən qayıdıb.