"Cavanşir mələk kimi məni qoruyurdu"

"Cavanşir mələk kimi məni qoruyurdu"
1433 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Firuzə İbadova duet ortağı Cavanşir Məmmədovun vəfatından sonra ilk dəfə efirə çıxıb.

Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" proqramına qatılıb. İfaçı C.Məmmədovdan danışıb və kövrəlib:

"Bir sənət dostum, Azərbaycanlı kişisi kimi məni qorudu. Qoruyucu mələk kimi qorudu. Konsertə də gedəndə rahat idim ki, nə oxuyacağam. Çəkilişlərdə, toyda bilirdi ki, nəyi oxucağam. Baxırdı zala, deyirdi, burada yaşlı insanlar çoxdur, onlara uyğun oxuyaq. Gənclər olanda onlara uyğun repertuar seçirdi".

Qeyd edək ki, C.Məmmədov bir neçə ay əvvəl qəfil ürəktutmasından dünyasını dəyişib.