Xalq artisti Gülyaz Məmmədova oğlu Ramazanı evləndirmək istəməsindən danışıb.
Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində aparıcı Aytəkin Mərdanovanın "Toy nə vaxtdır" sualına belə cavab verib:
"Bu haqda danışanda qalmaqal düşür. Ramazanın deməyi ilə deyil, bu ilin sonuna kimi toy edəcəyik".
İfaçı arzuladığı gəlin haqda suallara "Bir-birini sevib, başa düşsünlər. Məndən çox özləri bir-birini anlasınlar. Bir ana kimi istəyərəm övladımı sevsin, can deyib, can eşitsinlər. Oğlumun xoşbəxtliyi önəmlidir" reaksiyasını verib.