"İki ildir məni təhqir edir"

"İki ildir məni təhqir edir"
16874 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Ülviyyə Xəlilbəyova ona təhqir yazan şəxslə bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, aktrisa həmin şəxsin fotosunu və yazdıqlarını yayımlayaraq, bunun 2 ildirdavam etdiyini bildirib:

"Daha bir yaşından utanmayan, özünə hörmət qoymayan travmalı, toksik biri. Yaqut (təhqir yazan şəxsin profildəki adı - red.) 2022-ci ildən bu yana təhqirlərinin ardı-arası kəsilmir. Hələ də nədən yanıqlı olduğunu çözməmişəm".

Qeyd edək ki, Ülviyyə aktyor həyat yoldaşı Murad İsmayılla bir müddət əvvəl boşanıb. cütlüyün iki oğul övladı var.