Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. Hadisə Binəqədi rayonu ərazisində baş verib.
Axşam.az News24.az-a istinadən xəbər verir ki, yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilib.
Məsələ ilə bağlı A.Ağayevin özü ilə əlaqə saxlamağa çalışılsa da, zənglərə cavab verməyib.