“Brilliant Dadaşova Mirzə Babayevin yasına da gəlmədi, küsülü idilər”

“Brilliant Dadaşova Mirzə Babayevin yasına da gəlmədi, küsülü idilər”
1592 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum Xalq artisti Mirzə Babayevlə Brilliant Dadaşovanın uzun illər küsülü olduğu ortaya çıxıb. 

Axşam.az xəbər verir ki, bu haqda M.Babayevin nəvəsi Emin Babayev “Kulis.az”a müsahibəsi zamanı deyib. O bildirib ki, buna səbğb babasının istəyini B.Dadaşovanın etməməsi olub:

“Hansısa kanaldan çəkilişə çağırıblar. Babamın da fonoqram oxumaqdan zəhləsi gedirdi. Ancaq həmin gün nəsə problem olub, musiqiçi olmayıb. Mirzə müəllim də Brillianta zəng edib, deyib, musiqiçin, qarmonçalan Ənvərə de, mənimlə gəlsin, canlı musiqilər ifa edim. Brilliant da deyib ki, Ənvər mənə lazımdır, biz axşam toya gedirik. O da inciyib Brilliantdan. 1990-cı illərdə Brilliant veriliş aparanda özü, belə deyək də, babamdan yapışmışdı. Çünki o vaxt verilişin reytinqini qaldırmağa çalışırdı. Yəni əksinə, o, Mirzə Babayevdən öz məqsədləri üçün istifadə edirdi”.

E.Babayev Dadaşovanın babasının yasına gəlmədiyini söyləyib:

“Son illər danışmırdılar. Hətta Brilliant xanım babamın yasına gəlməmişdi. Babam inciklikdən haradasa üç-dörd il sonra rəhmətə getdi. Bu illər ərzində də onlar danışmayıblar”.