Aktrisa Xəyalə Quliyeva oğlunun ad günü ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi övladının 17 yaşı tamam olduğunu vurğulayıb.
O, birlikdə olan şəkillərinə "Ad günün mübarək, canım oğlum. Mənə ana adını qazandıranım, həqiqi sevginin nə olduğunu öyrədənim. 17 yaşın olur. Barmağımdan yapışıb buraxmayan körpədən əlimdən möhkəm tutan kişiyə çevrilmisən. Səni təbrik edirəm. Həyatdakı bütün qərarlarında ən böyük dəstəkçin, ən çox sevənin olacağam. Yaxşı ki, varımsan" sözlərini yazıb.
Qeyd edək ki, Xəyalənin iki övladı var.