Aparıcı Zümrüd Bədəlova izləyicilərinin ünvanladığı sualları cavablandırıb.
Axşam.az xəbər verir ki, ona ikinci dəfə ailə qurmaq istəyib-istəməməsi haqda sual ünvanlanıb. Zümrüd bildirib ki, bu məsələdə özünü şansız hesab edir:
"Deyəsən, istəmirəm. Bu tip sualları verməyiniz mənasızdır. Əslində bütün qadınların arzusu, xəyalı eynidir. Arzusunda olan xanımları Allah xoşbəxt etsin. Bəzi qadınların bəxti o barədə gətirməyib. Mən də onlardan biriyəm".