"Hər şey arzuladığın kimi olsun, sənin atan" - Yusif Eyvazov

"Hər şey arzuladığın kimi olsun, sənin atan" - Yusif Eyvazov
1684 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Yusif Eyvazov keçmiş xanımı Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiyaqo ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, Y.Eyvazov Tiyaqo ilə olan fotolarına bunları yazıb:

"Ad günün mübarək, əzizim. Bu il bayağı təbrik əvəzinə bu şeirləri sənə hədiyyə edirəm, hər şey istədiyin kimi olsun. Səni sevirəm. Sənin atan".

Qeyd edək ki, Yusif və Anna bu yay rəsmən boşandıqlarını açıqlayıblar. Onlar bunun səbəbi kimi, başqa ölkələrdə yaşamalarını göstəriblər. Belə ki, Yusif Azərbaycan Dövlət Akademik Opera və balet teatrının direktorudur. Anna isə işi ilə bağlı Avropada yaşayır.