Aparıcılar efirdə Narin üçün qışqırdı, müzakirə yaratdı - Video

Aparıcılar efirdə Narin üçün qışqırdı, müzakirə yaratdı - Video
3377 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə günlərdir itkin düşdükdən sonra cəsədi tapılan 8 yaşlı Narinlə bağlı "Söylemezsem olmaz" verilişində atılan addım tənqid olunub.

Axşam.az xəbər verir ki, proqramda Narinin başına gələnlərə diqqət çekmək istəyən aparıcılar Pınar Eliçe, Bilal Özcan, Didem Delen ve Hande Sarıoğlu veriliş əsnasında qışqırıblar. Bu addım izləyicilər tərəfindən birmənalı qarşılanmayıb, hətta onların bununla baş verən cinayəti ələ saldıqlarını bildiriblər.

Tənqid edənlər arasında "Kızılcık şerbetin"də rol alan aktrisa Evrim Alasya da olub. O, videonu "Bu sadəcə əqli problem deyil" deyə şərh edib.
Aparıcıların bu hərəkətinə yazılan tənqidlərsə, belədir:

"Ələ salırsınız? Bütün əsəblərim pozuldu", "Bu nə cəfəngiyatdır?", "Bu, sizə normal gəldi? 4 adamdan biri demir ki, biz nə edirik?", "Bu hərəkətə inanmaq mümkün deyil", "Ədliyyə Nazirliyi bu işə əl atın. Belə proqram olar?" və s.