Talehin 18 min borcunun aqibəti necə oldu?

Talehin 18 min borcunun aqibəti necə oldu?
873 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, aktyor Taleh Yüzbəyov bir müddət əvvəl açdığı kafeyə görə külli miqdarda borca düşdüyünü açıqlayıb. 

Axşam.az-ın məlumatına görə, aktyor işçiləri rəsmi ştata götürmədiyi üçün 18 min manat cərimələndiyini söyləyib. Taleh borcun aqibətinin necə olduğu haqda sualları cavablandırıb. 

"Böyük hissəsini bağlamışam, azı qalıb. Keçən iki il ərzində demək olar ancaq onunla məşğul olmişam. Artıq özümə gəlirəm" deyə, aktyor əlavə edib.

Qeyd edək ki, T.Yüzbəyov kafe biznesinə başlamış, amma qısa müddət sonra onu bağlamışdı.