İTV kanalında yeni mövsümdə rejissor Emil Quliyevin rejissorluğu ilə məşhurlaşan “Əqrəb mövsümü” serialının “İki dünya bir olsa da” adlı ikinci mövsümünün premyerası olacaq.
Axşam.az xəbər verir ki, ssenari müəllifi ekran işində baş rolu ifa edən Azər Aydəmir olan ekran işində diqqəti çəkən məqam Hikmət Rəhimovun rol almamasıdır.
Real hadisələr əsasında lentə alınan serialın davamı 12 seriyadan ibarət olacaq. A.Aydəmirdən başqa serialın baş rollarında Arif Mövsümov, Rövşən Məmmədli, Emin Mirabdullaev, Xacər Ağayeva, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov və başqaları çəkilib.
"Əqrəb mövsümü: İki dünya bir olsa da” verilişinin təqdimat tarixi hələ açıqlanmasa da, onun dekabrdan tez yayımlanmayacağı bildirilib.