Xəbər verdiyimiz kimi, "Şeron" qrupunun rəhbəri, müğənni Rüstəm Zeynallı Azərbaycandan köçüb və Fransada yaşayır.
Axşam.az xəbər verir ki, bir müddətdir Bakıya gələn ifaçı "Elgizlə izlə" verilişində qonaq olaub. Rüstəm fransaya köçməsinin səbəbini açıqlayıb:
"Övladlarım orada təhsil alır. Azərbaycanda da fəaliyyətim davam edir. Uşaqlarım əvvəl onlayn təhsil alırdı. Qərara gəldik ki, birdəfəlik gedək".