“Səhnədə onun ikona, diva olduğunu görürük. Bunlar gözlə görünəndir, deməyə ehtiyac yoxdur. Amma Aygün Kazımovanın pərdəarxası məqamları da var. Gözəl insandır. Və gözəl dostdur”.
Axşam.az xəbər verir ki, bu sözlıri aparıcı Afaq Gəncəli Xalq artisti Aygün Kazımova haqqında deyib. “Hər zaman musiqi” verilişinin Pop kraliçaya həsr edilən buraxılışında qonaq olan Afaq bunları əlavə edib:
“Burada pərdəarxası bir məqamı danışacağam. Bilsəniz dosta görə nədən keçmişdi? Bilirdi ki, əli yanacaq, amma o addımı atdı. Onu etdi ki, orada dostumun işi var. Vaxt gələndə icazəsi olsa, bunu danışacağam. Dostunun hamının içində yanmağını görüb, amma ona sadiq qalmağının şahidi olmuşam”.