Müğənni Sevda Kazımova sabah əməliyyat olunacaq.
Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Xəzər axşamı" verilişində bildirib. O, ilk dəfə gözəlliyi üçün bıçaq altına yatacağını qeyd edib:
"Sabah üz gərmə əməliyyatı etdirəcəyəm. Heç vaxt əməliyyat olunmamışam. Gözəlliyimlə bağlı yalnız prosedurlara müraciət etmişəm. Arzu edirəm ki, qadınlar hər zaman gözəlliyini qoruya bilsin".