"Bunun üçün pul lazımdır"

"Bunun üçün pul lazımdır"
2126 dəfə oxunub
  • A-
  • A
  • A+

"Sənəti və sənətkarı qınamaq olmaz. Teatr yaşayacaq. Afaq Bəşirqızı Bəşir Teatrını, Hacıbaba Bağırov Tənqid-təbliğ Teatrını, İlham Namiq Kamal Miniatür Teatrını, Arif Quliyev Satira Teatrını, Amaliya Pənahova Bakı Bələdiyyə Teatrını, Cənnət Səlimova Bakı Kamera Teatrınıyaratdı. Bu gün bunlar var? O teatrlar niyə davam etmədi? Bunun çox açması, əmmaları var".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Əkbər Əlizadə "Min maska" verilişində qonaq olarkən deyib. Aktyor teatrların maddi problemlərindən söz açıb:

"Adicə səhnəyə çıxıb bir epoxanı yaratmaq, o dövrü canlandırmaq üçün maddiyyət lazımdır. Hər şey ona söykənir. İndiki dövrdə atacağın addım maddiyyətdir. Sponsor, kimsə sənə dəstək olsun. Bu yoxdursa, mən də yoxam. Bu gün aktyorlar oynayır. Amma kim Yaşar Nuri, Hacıbaba Bağırov səviyyəsindədir? Onları görə bilmirsən. Onları yetişdirmək lazımdır. Necə ki, ağacı yetişdirirsən. O məqamlar elə bil bu gün itib. Bəlkə də hər şey çətin zamanda yaranır. Qəzəllər də elə zamanında şam işığında yazılıb. Hər şey çətin olanda üzə çıxır. Yenə də dəstək lazımdır". 

Ə.Əlizadə verilişdəki çıxışından bir hissəni sosial media hesabında paylaşaraq "Hərdən fikirləşirəm ümumiyyətlə aktyor sənəti indi lazımlıdır?" deyə sual edib.