"Dərdimə dərmanım, antidepresanım..."

"Dərdimə dərmanım, antidepresanım..."
2256 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Miri Yusifin xanımı Nərgiz Mirbabayeva onunla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, övladları ilə İzmirdə yaşayan Nərgiz Bakıya gələn müğənninin onların yanına qayıtdığını bildirib.

Xanımı Miri Yusiflə olan fotosuna "Dərdimə dərmanım, ağrı kəsicim, antidepresanım gəlib" sözlərini yazıb.

Qeyd edək ki, Nərgiz bir neçə gün əvvəl əlinin qapı arasında qaldığını və dırnağının qopub düşdüyünü yazmışdı.

Cütlüyün 3 övladı var. Onlar bir neçə ildir İzmirə köçüb. Miri Yusif isə yalnız konsertləri ilə bağlı Bakıya gəlir.