"Almaniyada xəstələndim, həkim dedi ki..."

"Almaniyada xəstələndim, həkim dedi ki..."
3034 dəfə oxunub
  • A-
  • A
  • A+

"Gedib əməliyyatlarda özünüzü məhv eməyin. Hər uğurlu həkimin belə uğursuz işi olur. Mədəyə balon qoymaq, mədə kəsdirmək, bağırsağa birləşdirmək - hamısı risklidir, fəsadları da olur. Ağzınızı tikməklə arıqlayın. Gedib özünüzü öldürməyin".

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayımda deyib. Aparıcı plastik əməliyyat etdirənlərə məsləhət verib:

"Gələcəkdə fəsadlar yaradacaq nəsə etməyin. 10 kiloqram kökəlmişəm, bundan sonra 8 kiloqram da kökələcəyəm. Yəni 8 kiloqram çəki almaq istəyirəm. Ən yaxşı dietoloq elə özünüzsünüz. Bunu özümdə tətbiq etdim. İndi 60 kiloqram çəkim var. 2-3 aya çəkim 8 kiloqram artmalıdır. Bədənim o qədər öyrəşib ki, nə qədər yeyirəm kilonu ala bilmirəm. İllərlə sağlam həyat tərzi keçirmişəm, çox pəhriz saxlayırdım. İndi isə yatanda da yeyirəm, su da içirəm. Kökəlməyə uyğun nə var edirəm. Bu yay Almaniyada xəstələndim, nəzərə aldım ki, kökəlmək lazımdır. Həkim dedi. Həyatımı çörəksiz təsəvvür etmirəm".