"Hamının həyatında sıxıntılı vaxt olur: həyatı, səhhəti ilə bağlı. Çoxu oradan çıxır, çoxu çıxmır. Zülfiyyə Bayramova isə sıxıntıya düşdü və özü ilə bağlı bir çoxunu da çıxartdı. Bəlkə bunu özü də bilmir".
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Günə bax" verilişində deyib. Sənətçi aparıcı İlqar Mikayıloğlunun xanımı, vəkil Zülfiyyə Bayramovanın onkoloji xəstəlikdən əməliyyat olunduğu vaxt paylaşdığı statusu oxuyub. O bildirib ki, həyatında hər dəfə problem olanda onu oxuyur:
"Hər dəfə həyatımda problem olanda, işdə sıxıntıya düşəndə, istədiyimi əldə edə bilməyəndə onu oxuyuram. Onu oxuyanda ağlamışam: birinci, dostumun həyat yoldaşı, çox istədiyim insan kimi. İkinci, nə qədər güclü xanımdır. Onu xəstəxanada, hansı halda olanda yazdığını düşünün. Çox möhtəşəm idi. Ən təsirli məqam onun hansı mıqamda bunu yazıb, güclü olmağı məsləhət görür. Bəlkə də son nəfəsində ola bilərdi".
Qeyd edək ki, Z.Bayramovanın mədəsində şiş aşkarlanmış və əməliyyat olunmuşdu.