Efirdə bir-birilərini təhqir etdilər - Video

Efirdə bir-birilərini təhqir etdilər - Video
1908 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənnilər Əli Mirəliyev və Elşad Qarayev arasında efirdə mübahisə düşüb. 

Axşam.az xəbır verie ki, E.Qarayev “Günə bax” verilişinə qonaq olan zaman Ə.Mirəliyev telefonla zəng edərək xoşagəlməz sözlər işlədib:

“Elşad, sən bəstəkar mahnılarını bilmirsən. Verilişdə başından böyük danışıb. Rəhmətli gitara ifaçısı Rəmiş özü ilə “əl meymunu” gəzdirirdi. Sən, Elşad oxuyan yox, “əl meymunusan”. Mərhum qarmon ustadı Aftandil İsrafilov səni yanında meymun kimi aparıb toylara”.

Elşad isə “Baxın görün meymuna mən, yoxsa Əli oxşayır? Qalmısan Mərdəkanda itlə və başqa adam görmürsən” cavabını verib.

Qarayevin bu sözlərindən daha da qəzəblənən Mirəliyev “Saçlarını ağartsan sən dəqiq meymuna oxşayacaqsan. Saçlarını boyatmısan. Ay bədbəxt, utanmırsan? Kişidə saçını boyadar? 70 yaşlı kişi saçını boyatmaz” deyə, bildirib. 

Elşad “Mən Əlini həqiqətən çox istəyirəm. Çox istəmədiyim insanla zarafat etmərəm. Əli mənimlə zarafat etdiyinə görə mən də onunla zarafat edirəm” deyərək, mübahisəni sakitləşdirmək istəyib.

Mirəliyev isə “Efirdə mənimlə belə zarafat etmək olmaz. Zarafatında həddi var. Deyirsən ki, 1974 -cü ildə Bakıya gəlmişəm, kirayədə qalmışam, Əli Mirəliyevi mən tanımıram. Heç bilmirəm o nə oxuyub. Sənin kimi adama “alaaa” demək lazımdır. Nə olsun ki, efirdəyik. Qardaş canı sən “zay” adamsan. Başından böyük danışırsan. Məndən də kiçiksən yaşda. Sən bədbaxt və yeməkdən gözü doymayan insansan. Mən hər zaman hisrliyəm. Hirsli olmasam belə meymunlarla yola gedə bilmərəm” deyə, söhbəti daha da qızışdırıb. 

Təhqirləri efirə verdikdən sonra ifaçıların mikrofonunu söndürüblər.