Əməkdar artist Fərqanə Qasımova kürəkəni, Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi birlikdə fotolarını paylaşaraq onun ad günü olduğunu bildirib:
"Əziz balam Ümid, səni ürəkdən təbrik edirəm. Ailənlə və sevdiklərinlə birlikdə neçə gözəl yaşlara".
Qeyd edək ki, Ümid sənətçinin qızı Fatimə ilə evlidir. Onların Şəms adlı bir qızı var.